Təhsil və elm

Bakıda 18 məktəb direktoru - İşdən Çıxarılıb

Bakıda 18 məktəb direktoru - İşdən Çıxarılıb | FED.az
16:35 14 Sen 2020

Yeni dərs ili ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə  8  nəfər direktor vəzifəsinə işə qəbul edilib.  Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb.

Eləcə də bax: Müəllimlərin maskadan istifadəsi - MƏCBURİ OLACAQ

FED.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. 

O bildirib ki, 18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

İdarə müdiri əlavə edib ki, Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub: "Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq". 

Digər xəbərlər

Banner