Bakı Modern Məktəbi" ləğv olunduğunu elan edir.
FED.az"Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər. Elan 20 Fevral 2019-cu il tarixində dərc edilib.
Eləcə də bax: Universitetlərə qəbul imtahanlarının vaxtı - DƏYİŞDİ
Qeyd edək ki, 2017-ci ilin Oktyabr ayında da "Vergilər" qəzetinin xüsusi buraxılışında "Bakı Modern Məktəbi" MMC-nin ləğv edilməsi ilə bağlı məlumat dərc olunmuşdu. Məlumatda bildirilir ki, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.
Həmin vaxt özəl təhsil müəssisəsinin qəbul şöbəsi üzrə baş koordinatoru Ülviyyə Abbasova mətbuata açıqlamasında məktəbin sadəcə adının dəyişdirildiyini və başqa adla fəaliyyətini davam etdirdiyini bildirmişdi.
"Məktəb artıq 5 ildir ki, fəaliyyət göstərir. Məktəbin ləğv edilməsi ilə bağlı yazılanlar doğru deyil. 4 il ərzində məktəbin adı "Bakı Modern Məktəbi" olub. Artıq 1 ildir ki, ad dəyişdirilib, yəni BMM adı ilə deyil, "Bakı Müasir Təhsil Kompleksi" adı ilə fəaliyyət göstəririk. Burada məktəbin ləğv edilməsindən söhbət gedə bilməz. Şagirdlərimiz yerindədir və heç bir narahatçılıq yoxdur. Dediyim kimi sadəcə ad dəyişdirilib".
"Bakı Modern Məktəbi" ləğv olunur
12:12
21 Fev 2019