Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.
Bu barədə FED.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.
Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
***
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə liseydə təhsil alan şagirdlərin valideynləri sosial şəbəkədə yazıblar.
İddia olunur ki, 10 ildir fəaliyyət göstərən təhsil kompleksinin bağlanmasına səbəb maliyyə problemləridir.
Məlumata görə, yaxın günlərdə hazırda liseydə təhsil alan 200-ə yaxın şagirdin aqibəti ilə bağlı iclas keçiriləcək.
***
Lisey administrasiyasından bildirilib ki, yayılmış məlumatlar doğrudur: “Kommersiya problemləri səbəblərindən liseyin yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması barədə qərar qəbul edilib. Lakin hazırda burada təhsil alan şagirdlər tədris ilinin sonuna qədər dərslərinə davam edəcəklər”.