Təhsil və elm

Bakı Dövlət Universitetinə - YENİ REKTOR TƏYİN EDİLDİ

Bakı Dövlət Universitetinə - YENİ REKTOR TƏYİN EDİLDİ | FED.az
16:27 11 Mart 2019

Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalanıb.

FED.az xəbər verir ki, sərəncamı  Prezident İlham Əliyev bu gün imzalayıb.

“Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”, – deyə sərəncamda qeyd edilir.

E.Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, E.Babyev  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışırdı. Prezident bu gün E.Babayevin bu vəzifədən  azad edilməsi haqqında sərəncam imzalayıb.


Eləcə də bax: Gürcüstana təhsil almağa gedən azərbaycanlıların sayı açıqlandı - RƏQƏMLƏR

Digər xəbərlər