SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin dayanıqlı inkişaf sahəsində məlumatlılığının artırılması, onların bu sahədə yeni biliklər əldə etməsi məqsədilə "Dayanıqlı inkişafa giriş" mövzusunda infosessiya keçirilib.
FED.az xəbər verir ki, BANM-in Kimya mühəndisliyi kafedrasının baş müəllimi Natəvan Səmədova tərəfindən keçirilən infosessiya zamanı dayanıqlı inkişaf konsepsiyası və dayanıqlı inkişaf məqsədləri barədə məlumat verilib, bu sahənin əhəmiyyətindən bəhs edilib və ətraflı müzakirələr aparılıb. Bildirilib ki, Bakı Ali Neft Məktəbində tələbələrin bu sahədə inkişafına, yeni biliklər əldə etməsinə xüsusi əhəmiyyət verilir və mütəmadi olaraq bu istiqamətdə işlər görülür.