İnnovativ məhsullar yaratmaq məqsədilə keçirilən, Azərbaycanın ən böyük 48 saatlıq texnologiya yarışmalarından biri “PASHA Hackathon 4.0” başa çatıb.
FED.az xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin “Untitled” komandası birinci yerin qalibi olaraq 6000 azn qazanıb.
Eyni zamanda birinci yerə çıxmış komanda InMerge Innovation Summit üçün də iştirak hüququ əldə edib. Komanda Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbələri Nadir İsgəndərov, İsmayıl Məmmədzadə, Əli Məhərrəmli, Kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Kəvsər Hüseynovadır.
Onlar iştirakçılara verilən 3 tapşırıqdan biri olan “Oflayn QR, NFC və s. istifadə edərək yerli ödənişləri təkmilləşdirmə” probleminə həll yolu təklif ediblər. Təklif isə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.