SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 startap komandası Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Soongsil Universiteti, Koreya İnkişaf İnstitutu (KDS) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) dəstəyi ilə həyata keçirilən “Startup Acceleration Program”da (SAP) qalib olub.
Bu barədə FED.az-a Bakı Ali Neft Məktəbindən məlumat verilib.
BANM qalib olan startap sayına görə ölkə universitetləri arasında birinci yerdədir. Komandalardan 2-si Biznesin idarə edilməsi, 1-i isə Kimya mühəndisliyi ixtisasının tələbələridir.