Bakı Ali Neft Məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib.
Anım tədbirində Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Rektor Elmar Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi və müstəqil dövlət quruculuğu dövrü olduğunu qeyd edib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi xüsusi vurğulanıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.