Bakı Ali Neft Məktəbində I kurs (hazırlıq) tələbələri arasında təşkil edilən ənənəvi futzal turnirinə böyük maraq göstərilib.
FED.az xəbər verir ki, bu dəfəki yarışda ümumilikdə 26 qrupdan 16 komanda iştirak edərək mübarizə aparıb.
Turnirə start verildikdən sonra komandalar 4 qrupa bölünüb və hər qrupdan ən çox xal toplayan komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Gərgin və maraqlı qarşılaşmaların ardından 17-ci qrupun “Qubadlı” və 9-cu qrupun “Xarıbülbül” komandaları bütün rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlib.
Həyəcan dolu final oyununda “Qubadlı” komandası “Xarıbülbül” üzərində 2-1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olub.