Bakı Ali Neft Məktəbi (BANM) ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BANM-dən FED.az-a bildirilib ki, rektor Elmar Qasımov imzalanma mərasimində memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş icraçı direktoru Hüseyin Topuz əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş texnologiya direktoru Ərdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-in əməkdaşları iştirak ediblər.