Zəfər bayramı ərəfəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.
Rektorun əmrinə əsasən, noyabrın 1-dən professor-müəllim heyətinin və əməkdaşların maddi rifah halının yaxşılaşdırılması üçün əmək haqları orta hesabla 20 faiz qaldırılıb.