Bakının 8 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu, Azərbaycanlı tələbə Fariz Zeynalov dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan “The University of Chicago”dan kompüter elmləri üzrə magistr proqramına dair (süni intellekt) magistr ixtisası üzrə qəbul alıb.
FED.AZ xəbər verir ki, F.Zeynalov kompüter elmləri üzrə bakalavr təhsilini Cənubi Florida Universitetində 4 GPA üzərindən 3,71 GPA ilə Magna Cum Laude dərəcəsi ilə başa vurub. Bu göstərici 100 ballıq sistemdə 92,75 bala bərabərdir
Qeyd edək ki, F.Zeynalovun təhsil alacağı “The University of Chicago” hazırda dünyanın ən nüfuzlu ali məktəblərindən biridir. Universitet QS dünya reytinqində 13-cü, Shanghai reytinqində 10-cu ABŞ üzrə US News Milli Reytinqində 6-cı yerdə qərarlaşır.
Bununla yanaşı, F.Zeynalov həmçinin dünyaca tanınmış nüfuzlu universitetlərdən də qəbul alıb ki, bu universitetlər sırasına “University College London” (QS dünya reytinqində 9, Shanghai reytinqində 14, US News Qlobal Reytinqində 7), “New York University” (QS dünya reytinqində 55, Shanghai reytinqində 28, US News Milli Reytinqində 32) “The University of Edinburgh” (QS dünya reytinqində 34), Shanghai reytinqində 37, US News Qlobal Reytinqində 39) daxildir.
Magistr təhsilini süni intellekt sahəsində davam etdirəcək F.Zeynalov eyni zamanda bir neçə beynəxalq serifikatlara da malikdir.
O, “University of Michigan”da Programming for Everybody, Python Data Structures Using Python to Access Web Data, Using Databases with Python, Capstone: Retrieving, Processing, and Visualizing Data with Python, həmçinin “The University of Edinburgh”da Climate Change: Carbon Capture and Storage mövzu və sahələri üzrə beynəlxalq təlimləri uğurla başa vuraraq beynəlxalq dərəcəli seritfatlara sahib olub.







![Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetlərinə qəbul alıb - [red]SİYAHI[/red] | FED.az](upload/news/small/1696718.jpeg)
![Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetlərinə qəbul alıb - [red]SİYAHI[/red] | FED.az](upload/news/small/3987771.jpeg)
![Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetlərinə qəbul alıb - [red]SİYAHI[/red] | FED.az](upload/news/small/4697911.jpeg)








