Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.
FED.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalar qalibi olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi olan Dəniz Səttarlı da kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.