Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.
FED.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi və digər qurumlar Gürcüstanda azərbaycanlıların təhsil problemlərinin həlli üçün işlər aparır: "Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Azərbaycan dilli məktəblərdə müəllim yaşlanması və çatışmazlığı problemi var".