Daha bir təlimçi tədris və təlim xidmətləri göstərən “GRBS” şirkətindən ödəniş ala bilmədiyini iddia edir.
FED.az xəbər verir ki, “GRBS” şirkətinin təlimlərində dərs deyən Əşrəf Hüseynov şikayət ilə müraciət edib. O iddia edir ki, “GRBS” üçün təlim xidmətləri göstərmiş və qarşılığında ödənişlərin xeyli hissəsini ala bilməmişdir.
Eləcə də bax: Azərbaycanda təhsil xərcləri 40%-dək artırılır
Əşrəf Hüseynov bildirdi ki, ödənişin gecikməsinə baxmayaraq müddəti 3 aylıq olan ACCA kurslarında ardıcıl 3 dəfə təlim xidmətləri göstərib. Xidmətdən imtina etməməsinə səbəb təlimdə iştirak edən tələbələrin təhsillərini davam etmələri və verilən vədlər olub:
Məşhur iş adamı şəriklərini aldadıb – AZƏRBAYCANDAN QAÇIB - QALMAQAL
“May ayından etibarən şirkətin rəhbəri Bəhram Qurbanov ilə danışsam da o da vədlərini yerinə yetirmədi. Şirkətin administratoru (ödənişləri ödəməyə məsul şəxs) Elmar Səlimov dəfələrlə ödənişlərin hissə-hissə ödəniləcəyini vəd versə də, borcun kiçik bir hissəsi ödəndi, qalan hissənin ödənişi müxtəlif bəhanələr ilə uzadılır. Mənim kimi bir çox müəllimlər də ödənişləri ala bilmirlər. Mən Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə müraciət etməyi nəzərdə tuturam”.
ŞİRKƏTDƏN İDDİAYA MÜNASİBƏT
“GRBS” şirkətindən Elmar Səlimov “Marja”ya bildirdi ki, qarşıdakı 2 həftə ərzində təlimçilərə olan borcların tam ödənilməsi nəzərdə tutulur:
“Dünən axşam Əşrəf Hüseynov ilə bu barədə danışdım. Düzdür ödənişlər gecikir, Əşrəf Hüseynova ödəyəcəyimiz müəyyən məbləğ qalıb. Çalışacağıq ki, qarşıdakı 2 həftə ərzində bütün ödənişləri həyata keçirək. Bu barədə şirkət rəhbərliyinin də məlumatı var”.
Qeyd edək ki, bu ilin yazında da “GRBS” şirkətinin dərsləri yarımçıq keçdiyi, təlimçilərin və müəllimlərin əməkhaqlarını ödəmədiyi iddia edilmişdi. Məsələni ictimailəşdirən şəxslər qeyd etmişdilər ki, “GRBS” şirkətində dərs deyiblar, amma ödəniş ala bilmirlər.