Məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilalanların maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.
Eləcə də bax: Dərslər bu formada keçiriləcək - BAŞ NAZİR QƏRARI TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.
Qərara əsasən peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.