Xəbər verildiyi kimi, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. FED.az xəbər verir ki, sərəncama əsasən, bir sıra müavinətlərin artırılması ilə yanaşı, yeni təqaüd təsis edilib.
Belə ki, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Eləcə də bax: Prezidentdən sosial məsələlərlə bağlı - YENİ SƏRƏNCAM