Bu il oktyabrın 1-nə Azərbaycanda 325,1 min təhsil işçisi olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 1,3% (4,4 min nəfər) azdır.
Bu sahədə çalışanların 310,4 mini dövlət sektorunda, 14,7 mini isə özəl sektorda çalışır.
Dövlət sektorunda çalışanların sayı 1,7% (5,5 min nəfər) azalıb, özəl sektorda çalışanların sayı 10,5% (1,4 min nəfər) artıb.
Məulmat üçün bildirək ki, keçən ilin 2022-ci iln oktyabrın 1-i vəziyyətinə təhsil sahəsində fəaliyyət göstərənlərin sayı 329,5 min nəfər olub ki, onların da 315,9-u dövlət, 13,3-ü özəl sektorda çalışıb.