““Ali təhsil haqqında” qanun layihəsində cəmiyyəti maraqlandıran bir çox məsələlər yer alıb”.
Eləcə də bax: “Payız tətili olmayacaq, distant dərslər davam edəcək” – RƏSMİ
FED.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, Azərbaycan bir neçə beynəlxalq konvensiyaya qoşulub: “Bu konvensiyalara uyğun olaraq vahid təhsil məkanı haqqında konsepsiya da işlənib. Eyni zamanda Azərbaycanda milli kvalifikasiyalar çərçivəsi təsdiq edilib. Bu çərçivəyə görə, artıq təhsilin bütün pillə və səviyyələri vahid Avropa milli kvalifikasiyalar çərçivəsinə uyğunlaşdırılır. Bu isə həm kvalifikasiyaların tanınmasını, həm də ekvivalentliyi (həmin kvalifikasiyaların sahiblərinə müəyyən hüquqların verilməsi) tam təmin edəcək. Bu, həm Azərbaycan təhsil müəsisələrində təhsil almış şəxslərə, vətəndaşlarımıza Avropa məkanında əmək bazarında sərbəst hərəkət etməyə, həm də onların diplomlarının, təhsil sənədlərinin bütün Avropa ölkələrində tanınmasına imkan verəcək. Digər tərəfdən həmin konvensiyalara uyğun olaraq, tələbələrin, müəllimlərin, tədqiqatçıların hərəkətliliyi, mobilliyi nəzərdə tutulur”.
Deputat qeyd edib ki, digər bir məsələ ali məktəblərin rəqabət qabiliyyətliliyinin artırılmasıdır: “İkili təhsil proqramlarının diplomları bu qanunda yer alacaq. Eyni zamanda təhsil kreditləri məsələsinin də qanunda yer almasını biz nəzərdə tutmuşuq”. (Apa)