Nazirlər Kabineti yanında operativ qərargah əhaliyə çağırış edib.
Eləcə də bax: Azərbaycan universitetlərində - DƏRS İLİ UZADILDI
FED.az xəbər verir ki, qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, dərslərin dayandırılması ilə bağlı sərəncam var və hər kəs buna əməl etməlidir.
NK sözçüsü qeyd edib ki, ölkədə təhsil müəssisələrində dərslər dayandırılıb.
“Sərəncamda qeyd olunub ki, bütün təlim təhsil mərkəzlərində təhsil dayandırılıb. Burada evdə və digər şəraitdə tədris olunan dərslər, eyni zamanda, toplu situasiyalar nəzərdə tutulub. Vətəndaşlar ehtiyatlı olmalıdır.
Bu məsələdə müəllimlər, şagirdlər və validenlər məsuliyyətli olmalıdır. Onlar çalışmalıdırlar ki, sosial tədris tələbinə əməl etsinlər və mümkün qədər evdə qalsınlar”, - deyə İbrahim Məmmədov bildirib.
Modern