UNEC-in rektoru canlı yayımda I kurs tələbələrinin valideynlərinin suallarını cavablandıracaq
FED.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.
Rektor canlı yayımda valideynlərin UNEC-dəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı uçun yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək.
Canlı yayım sentyabrın 14-də saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/uneceduaz/) və İnstagram (https://www.instagram.com/uneceduaz/?hl=tr) səhifələri üzərindən təşkil olunacaq.
Valideynlər sual və təkliflərini canlı yayım zamanı Facebook və İnstagram səhifələrinin rəy bölməsinə yaza bilərlər.
Canlı yayım barədə əlavə məlumat üçün Facebook səhifəsinə yaza və ya (012) 497 58 63 telefon nömrəsinə zəng edə bilərlər.