Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nı təsdiqləyib.
Eləcə də bax: Xaricdə təhsil almağa göndərilən gənclər belə seçiləcək – YENİ QƏRAR, QAYDALAR
FED.az xəbər verir ki, qaydada digər məsələlərlə bağlı müəyyən məhdudiyyətlər də nəzərdə tutulub.
Belə ki, qaydaya əsasən dövlət sifarişi və ya dövlət hesabına Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və ya magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyələri üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycanın dövlət proqramları və beynəlxalq müqavilələri (hökumətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyəsi üzrə təhsilini başa vurmuş şəxslər eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.