Azərbaycan Özəl Təhsil Müəssisələrinin Assosiasiyası yaradılıb.
Eləcə də bax: Nazir tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən - DANIŞIB
FED.az xəbər verir ki, yeni təşkilat ölkənin təhsil sektorunda özəl təhsilin inkişafına dəstək verilməsinə, özəl təhsil qurumlarının fikir və təkliflərini yekunlaşdırıb Assosiasiya şəklində eskalasiya edilməsinə hədəflənib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşovun sözlərinə görə, Azərbaycanda kurslar, məktəbəqədər təhsil, orta özəl məktəblər və özəl ali təhsil ocaqları bu Assosiasiyaya üzv ola bilərlər.
"Azərbaycanda özəl təhsilin inkişaf perspektivləri, xarici təcrübələrin öyrənilməsi və vahid Assosiasiya altında onların fəaliyyətinin daha da təkmilləşdirilməsi təmin oluna bilər",- deyə Fərhad Qaraşov əlavə edib.
Qeyd edək ki, Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə Heydər Eminli təyin olunub. (Apa)