“Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir”.
Bəxtiyar Əliyev: "Tələbələri sonra işlə təmin etmiriksə, nə üçün dövlətin vəsaiti havaya sovrulur?"
FED.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir. Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabada peşə təhsil müəssisəsiini istifadəyə verəcəyik”. (Report)