Azərbaycanda məzunlarının iş tapma səviyyəsi üzrə ali məktəblərin reytinqi məlum olub.
Avropa Universiteti azərbaycanlı tələbələrin SAT qiymətinə etibar etmir - QƏBUL ETMƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, son 5 ilin göstəricilərinə əsasən - ölkədəki 34 universitetdən 11-də məzunların yarıdan çox iş tapa bilmir.
Digər universitetlərdə isə işlə təmin olunma səviyyəsi 50-75 faiz arasında dəyişir.
Məzunları ən rahat iş tapan ali məktəblərin siyahısına Bakı Ali Neft Məktəbi (BANM) başçılıq edir – bu universiteti bitirən hər 4 tələbədən 3-ü işlə təmin edilir. Sonrakı yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti tutur – bu ali məktəblərin hər 3 tələbəsindən 2-si işlə təmin edilir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələri arasında işlə təmin olunma səviyyəsi 56%-dir. 44% isə işlə təmin olunmur.
Son 5 ildə Azərbaycanda məzunların iş tapa bilməməsi səviyyəsi üzrə universitetlərin siyahısı
1.️ Naxçıvan Müəllimlər İnstitutu – 63,9%
2.️ Bakı Qızlar Universiteti (özəl) – 61%
3. Bakı Slavyan Universiteti – 59,8%
4.️ Mingəçevir Dövlət Universiteti – 59,8%
5.️ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 59,7%
6.️ Bakı Musiqi Akademiyası – 58%
7. Azərbaycan Milli Konservatoriyası – 57,1%
8.️ Bakı Dövlət Universiteti (BDU) – 56,6%
9.️ ADPU Şamaxı filialı – 54,8%
10.️ Azərbaycan Dövlət Aqrar Universiteti – 54,4%
11.️ Naxçıvan Dövlət Universiteti – 52,1%
12.️ İdman Akademiyası – 50,7%
13.️ Sumqayıt Dövlət Universiteti – 49,5%
14.️ Azərbaycan Texnologiya Universiteti – 48,7%
15.️ Azərbaycan Kooperasiya Universiteti – 47,3%
16. Azərbaycan Universiteti – 47,1%
17.️ Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas) – 47%
18.️ ADPU Quba filialı – 46,9%
19.️ Azərbaycan Texniki Universiteti – 46,8%
20.️ Bakı Avrasiya Universiteti – 46%
21.️ Lənkəran Dövlət Universiteti – 44,7%
22.️ Qərbi Kaspi Universiteti – 44,3%
23.️ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 44,1%
24. Xəzər Universiteti – 44%
25.️ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4%
26.️ Bakı Biznes Universiteti – 40,2%
27.️ ADA Universiteti – 37,3%
28.️ Azərbaycan Turizm və Menecment Universiteti – 37,1%
29.️ Dövlət İdarəçilik Akademiyası – 36,2%
30.️ Milli Aviasiya Akademiyası – 36,1%
31.️ Bakı Mühəndislik Universiteti – 35,5%
32.️ Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8%
33. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – 33,4%
34.️ Bakı Ali Neft Məktəbi (BANM) – 24,9%.









