Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiqləyib.
FED.az xəbər verir ki, proqram Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların, xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına maliyyələşdirilir.
Eləcə də bax: Baş nazir doktoranturaya qəbul qaydalarında - DƏYİŞİKLİK ETDİ
Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən idarə olunur.