Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.
Hərbi qulluqçulara əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydası dəyişib
FED.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb.
Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.