Ən aşağı təhsil haqqı xərcləri təhsil və iqtisadi sahələr üzrə olan ixtisaslardadır.
Ali məktəblərdə illik təhsil xərclərinin yeni məbləğləri müəyyənləşib - YENİ QƏRAR, TAM SİYAHI
FED.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, ən yüksək təhsil haqqı xərcləri isə mədəniyyət, incəsənət və tibb ixtisası üzrədir: “İlin sonunadək artım üçün təxmini 26 milyon manat vəsait tələb olunacaq. Növbəti ildə bu artımın maliyyə təminatı təxminən 84 milyon manat təşkil edəcək. Bu ilin və növbəti ilin dövlət büdcəsində artımlarla bağlı büdcə vəsaitləri nəzərdə tutulub”. (Azərtac)