2024-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat vəsait proqnozlaşdırılıb.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da cari illə müqayisədə 3,5 milyon manat və ya 1,5 faiz çoxdur. 2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faizbənd, mütləq ifadədə isə 77,0 milyon manat və ya 1,5 dəfə artmışdır. Elm xərclərinin 197,9 milyon manatını və ya 86,5 faizini fundamental elm, 30,8 milyon manatını və ya 13,5 faizini ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclər təşkil edir.