Azərbaycanda daha 5 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin ali məktəblər Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universitetidir.
Başqa sözlə:
- Sumqayıt Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinə çevrilmə yolu ilə;
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına çevrilmə yolu ilə;
- Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Gəncə Dövlət Universitetinə çevrilmə yolu ilə;
- Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Müəllimlər İnstitutuna çevrilmə yolu ilə;
- Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Lənkəran Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.