Ortaq təhsil proqramının nəticəsi olaraq tələbəyə iki və ya daha çox ali təhsil müəssisəsi tərəfindən birgə ortaq diplom veriləcək.
Eləcə də bax: Azərbaycanda xarici diplomların tanınması qaydalarına - Dəyişiklik Edilir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, birgə təhsil proqramının əldə edilməsi nəticəsində ali təhsil müəssisəsinin ali təhsil müəssisəsi və tərəfdaş qurumların ortaq diplomunu vermək hüququ olacaq.