Azərbaycanda ali təhsil sahəsi işçilərinin attestasiyası aparılacaq.
FED.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bildirilib.
Eləcə də bax: «Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ
Bununla bağlı yeni sənədə “Ali təhsil sahəsi işçilərinin attestasiyası” adlı 17-ci maddə əlavə edilib.
Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi barədə sənəd Milli Məclisin iyulun 2-də Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.