UNEC-in tələbəsi Natiq Cəfərov ACCA-in Performance Management imtahanından ən yüksək nəticə toplayaraq, Azərbaycan üzrə ölkə birincisi, dünya üzrə isə 11-ci olub.
Eləcə də bax: UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası
Bu barədə FED.az-a UNEC-dən bildirilib.
Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Maliyyə” ixtisası üzrə təhsil alan Natiq Cəfərov hazırda PwC şirkətində audit vəzifəsində çalışır.
Xatırladaq ki, ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.