Banner

Təhsil və elm

Azərbaycan universitetlərinin rektorları kimlərdir? - SİYAHI

Azərbaycan universitetlərinin rektorları kimlərdir? - SİYAHI | FED.az
17:26 26 Yan 2018
Təhsil üzrə ekspert, tarixçi Kamran Azərbaycanda fəaliyyət göstərən dövlət universitetlərinin siyahısını və onların rektorları barədə məlumatları hazırlayıb.

FED.az həmin siyahını təqdim edir:

Bakı Dövlət Universiteti: Rektor Abel Məmmədəli oğlu Məhərrəmov, 68 yaş. 19 ildir rektordur.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Rektor Mustafa Baba oğlu Babanlı, 50 yaş. 3 ildir rektordur.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası: Rektor Urxan Kazım oğlu Ələkbərov, 75 yaş. 7 ildir rektordur.

Azərbaycan Tibb Universiteti: Rektor Gəraybəyli Gəray Çingiz oğlu, 51 yaş. 2 ildir rektordur.

Azərbaycan Dövlət İqtisad Universiteti: Rektor Ədalət Cəlal oğlu Muradov, 56 yaş. 4 ildir rektordur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: Rektor Fərəh Şirməmməd qızı Əliyeva, 57 yaş. 4 ildir rektordur.

Azərbaycan Dillər Universiteti: Rektor Abdullayev Kamal Mehdi oğlu, 68 yaş. 1 ildir rektordur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: Rektor Fuad Hacıyev, 64 yaş. 3 ildir rektordur.

Azərbaycan Dövlət Aqrar Universiteti: Rektor İbrahim Həsən oğlu Cəfərov, 62 yaş. 5 ildir rektordur.

Azərbaycan Memarlıq və İnşaat Universiteti: Rektor Gülçöhrə Məmmədova, 65 yaş. 19 ildir rektordur.

ADA Universiteti: Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev, 77 yaş. 12 ildir rektordur.

Azərbaycan Turizm və Menecment Universiteti: Rektor İlham İsa oğlu Mədətov, 66 yaş. 1 ildir rektordur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası: Rektor Ömər Həsən oğlu Eldarov, 91 yaş. 18 ildir rektordur.

Azərbaycan Milli Konservatoriyası: Rektor Siyavuş Əşrəf oğlu Kərimi, 64 yaş. 17 ildir rektordur.

Azərbaycan Dövlət Pedaqoji Universiteti: Rektor Cəfər Məmməd oğlu Cəfərov, 58 yaş. 2 ildir rektordur.

Bakı Ali Neft Məktəbi: Rektor Qasımov Elmar Eldar oğlu, 45 yaş. 6 ildir rektordur.

Bakı Mühəndislik Universiteti: Rektor Məmmədov Havar Əmir oğlu, 73 yaş. 18 ildir rektordur (bundan əvvəl Texniki Universitetində rektor olub).

Bakı Slavyan Universiteti: Rektor Əliyeva Nurlana Müzəffər qızı, 72 yaş. 2 ildir rektordur.

Bakı Musiqi Akademiyası: Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli, 71 yaş. 27 ildir rektordur.

Bakı Xoreoqrafiya Akademiyası: Rektor Əfəndiyev Timuçin İlyas oğlu, 73 yaş. 4 ildir rektordur. (Ümumilikdə 31 ildir).

Milli Aviasiya Akademiyası: Rektor Arif Mir Cəlal oğlu Paşayev, 84 yaş. 22 ildir rektordur.

Gəncə Dövlət Universiteti: Rektor Yusibov Yusif Əmiralı oğlu, 67 yaş. 4 ildir rektordur.

Naxçıvan Dövlət Universiteti: Rektor Məhərrəmov Saleh Heydər oğlu, 53 yaş. 5 ildir rektordur.

Sumqayıt Dövlət Universiteti: Rektor Hüseynov Elxan Bahadur oğlu, 70 yaş. 4 ildir rektordur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı: Rektor Paşayeva Nərgiz Arif qızı, 56 yaş. 10 ildir rektordur.

İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı: Rektor Əziz Cəmil oğlu Əliyev, 43 yaş. 3 ildir rektordur.

Azərbaycan Texnologiya Universiteti: Rektor Süleymanov Akif Şamil oğlu, 67 yaş. 5 ildir rektordur.



Digər xəbərlər

Banner