“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlanılıb. İki qardaş ölkənin razılığı ilə ali təhsil ocağının yaradılması ciddi əmək tələb edir”.
Eləcə də bax: Azərbaycan-Türkiyə birgə universiteti - YARADILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.
O qeyd edib ki, bu məsələ bir qədər vaxt tələb edir: “Çalışacağıq ki, yaxın gələcəkdə bu məsələni həll edək. Azərbaycanda universitet açmağı planlaşdırırıq. Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq ediləcək. Bu, bir ilkdir. Bəlkə də dünya təcrübəsində belə fakt var, amma mən məlumatsızam. Yeni modellə bu ali təhsil müəssisəsini quracağıq”.
Özvar ortaq universitetin yaradılması planının iki ölkə başçılarının ortaq istəyi ilə yaradılacağını xatırladıb.