Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, A.Süleymanov 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub.
O, 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışırdı.