Qəbul imtahanından 600 və yuxarı bal toplamış gənclər, Beynəlxalq və respublika fənn olimpiadaların qalibləri hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
FED.az xəbər verir ki, göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, Milli Müdafiə Universiteti Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsidir.