bağlanan əməkdaşlığa dair Müqavilənin icrasının nəticəsi olaraq, ölkəmizdə metallurgiya
sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə bu
uniiversitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçməyə
başlamışdır. Müəssisə ölkənin əlvan metallurgiya sənayesinin aparıcı sahəsi sayılan boksit
və alunit filizindən alüminium məhsullarının istehsalı üzrə aparıcı şirkətdir və Gəncə
şəhərində yerləşir.
Eləcə də bax:Azərbaycanın ən bahalı məktəbləri – İllik təhsil haqqı 61 min manat – SİYAHI
“Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsi ilə tanış olan tələbələr ilkin olaraq
SƏTƏM qrupunda texniki təhlükəsizlik haqqında filimə baxmış, müvafiq təlimat almışlar.Tələbələr Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər haqqında
məlumatlandırılıblar. İstehsalat təcrübəsi iyul ayının sonuna kimi davan edəcək və təcrübə
ərzində tələbələr “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə də yaxından tanış
olacaqlar.
“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında
bağlanan bu Müqavilə əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun
ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə
müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və
startapların tətbiqinə xidmət edir.