Azərbaycan Tibb Universitetinin birinci Müalicə işi fakültəsinin 6 qrupunda koronavirusa yoluxma halı aşkarlanıb və həmin qruplarda təhsil distant formaya keçirilib.
FED.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, universitetdə yoluxma halı kütləvi deyil, hər qrupda 1-2 tələbə yoluxub.
Həmçinin qeyd olunub ki, ənənəvi formada dərslər keçilən bütün klinik bazalarda dezinfeksiya tədbirləri həyata keçirilir. Tələbələr universitetə daxil olarkən karantin qaydalarına uyğun olaraq temperaturları ölçülür.