“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq”.
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Bu qaydaların ölkənin digər məktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib”.