Argentina tədqiqatçıları Çako əyalətinin cənub-qərbində meteorit tapıblar.
Tapılmış meteoritin çəkisi 30,8 ton təşkil edir. Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biri sayıla bilər.
Hazırda ən ağır meteorit 1920-ci ildə Afrikanın cənub-qərbində tapılmış "Qoba" sayılır. Bu göy cisminin çəkisi 60 ton təşkil edir.
Azertag©