Apollon astronavtları güman ki, ən çox ürək xəstəliyindən ölə bilərlər.
Apollonun aydakı astronavtlarının ürək-damar xəstəliklərindən ölmə ehtimalı yer kürəsi orbitasını tərk etməyən və ya heç vaxt uçmayan astronavtlarıla müqayisədə 4-5 dəfə çoxdur. Bunu bugün Elmi Hesabatlarda dərc edilən araşdırma göstərir.
Həmin araşdırmada təxminən 100 astronavt nəzərdən keçirilmişdi ki, onların 7-si Apollondan olan astronavtlar idi. Yer kürəsində işə düşməzdən əvvəl aparılan testlərdən keçən Apollon komandasının üzvləri 1968-1972-ci illər arasında aya gedərkən yer kürəsi ətrafındakı maqnit sfera adlanan və bizi kosmik radiasiyadan qoruyan maqnit şitdən çıxmışlar.
Tədqiqatçılar qrupu hesab edir ki, bizim günəş sistemindən kənar yerlərdən gələn həmin şüalar Apollon astronavtlaının ürək-damar sisteminin düzgün işləməməsinə səbəb ola bilər.
Bunu yoxlamaq üçün onlar siçanları kiçik təhlükəsizlik kəmərlərinə oturdub çəkisizliyi simulyasiya edir və siçanları Apollon astronavtlarının aldığı eyni tipli kosmik radiasiyaya məruz qoyur. Siçanların başına gələnlər bir daha tədqiqatçıların qorxularını təsiqləyir: çəkisizliyin siçanlara heç bir nəzərəçarpan təsir göstərməməsinə baxmayaraq, radiasiya rahatlaşdıran qan damarlarını idarə edən fermentləri zədələmişdi.
Nəticədə, damarların kiçik və sıxılmış vəziyyətdə qalması tendensiyası müşahidə edilirdi; bu da qanın keçməsini və axmasını çətinləşdirirdi. İnsanlarda isə bu, yüksək qan təzyiqinə və bəzi hallarda ürək xəstəliyinə gətirə bilərdi. Araşdırmaların nəticələrinə əsasən gələcək astronavtların sağlamlıq təhlükəsi ön plana çəkilir, çünki onlar Mars və digər planetləri tədqiq edirlər.
Mənbə: www.sciencemag.org