Orbitə 4 uçuş həyata keçirmiş və açıq kosmosa 6 dəfə çıxmış keçmiş NASA astronavtı Leroy Çiao sensasiyalı bir çıxış edərək, yadplanetlilərin həqiqətən də mövcud olduğunu söylədi.
Çiao bildirdi ki, bəşər cəmiyyətinin, insanlığın bütün kainatda tək bir canlı varlıq olduğunu düşünmək həqiqətən də böyük bir lovğalıq və təkəbbürdür. Düzü, astronavt deyir ki, yer üzündə yaşayan insanların yadplanetlilərlə qarşılaşa bilmək şansı o qədər də böyük deyildir, çünki hətta müasir texnologiyaların yüksək səviyyədə inkişaf etməsinə baxmayaraq Günəşə ən yaxın ulduz məsafəsi təxminən 80 min il təşkil edir.
Çiao həmçinin qeyd etmişdir ki, gələcəkdə Yer kürəsi məhv olmağa məhkumdur və bu, qaçılmazdır. Bununla yanaşı, bildirmişdir ki, planetdəki həyatlarını elə insanlar özləri məhv edəcəklər. Astronavt demişdi: "İnanıram ki, istənilən an kainatın müəyyən hissəsində həyat meydana gəlir, hansısa hissəsində isə məhv olur".
Sonda qeyd edək ki, artıq alimlər həyatın mövcudluğu üçün bütün şəraitin olduğu bir neçə planet aşkarlamışdır. Bu da kainatın kiçik bir hissəsini tədqiq etməyə imkan verən müasir texnologiyalar sayəsində mümkün olur.
eg.ru©
Amerikalı astronavt yad planetlilərin mövcud olması barədə danışdı
16:20
22 Sen 2016