Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.
Eləcə də bax: AMEA-da yeni şöbələr yaradılıb, müdirlər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.
Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
1. |
AMEA-nın prezidenti |
3084 |
2. |
AMEA-nın 1-ci vitse-prezidenti |
2136 |
3. |
AMEA-nın vitse-prezidenti, akademik katibi |
1974 |
4. |
AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi |
1476 |
5. |
İdarə rəisi |
1428 |
6. |
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini |
1380 |
7. |
İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi |
1176 |
8. |
Qeyri-əsas şöbənin rəisi, sektor müdiri |
858 |
9. |
Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi |
810 |
10. |
Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri |
756 |
11. |
Aparıcı mütəxəssis |
684 |
12. |
Mütəxəssis |
624 |
Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.