Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Akademiyada iki I vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.
FED.az xəbər verir ki, bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.
Eləcə də bax: AMEA-da yeni yüksək - VƏZİFƏ YARADILIR - RƏSMİ
Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Təklif qəbul edilərək həmin şəxslərin namizədliyi təsdiq edilib və gizli səsvermə elan edilib. Səsvermə üçün fasilə elan olunub.
Apa