AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.
FED.az xəbər verir ki, akademiyadan verilən məlumata görə, konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:
- Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;
- Təkamül və epidemiologiya, gələcək risklər;
- Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;
- Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;
- COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları;
- Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;
- Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;
- Pandemiyalar və bioetik problemlər;
- Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.
Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVİD-19 – konfrans” sözlərinin yazılması tələb olunur.
Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.