““Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb. Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsindən kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir”.
"Məqsədimiz dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri UNEC-in rektoru Ədalət Muradov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Rektor vurğulayıb ki, ali təhsilin gözləntilərini özümüzə və cəmiyyətimizə bəyan etməliyik: “Qanun layihəsində ali təhsilin məqsədilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali məsələdə çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir”.