Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib.
FED.az xəbər verir ki, laboratoriya BANM-də təhsil alan magistr və doktorant tələbələrin süni-intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədi ilə qurulub. Elmi-tədqiqat mərkəzində həmçinin müxtəlif startap və qrant layihələrinin də reallaşdırılması nəzərdə tutulur.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu laboratoriyanın gənc tədqiqatçıların gələcək inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, burada Çinin müvafiq təhsil və tədqiqat qurumları ilə birgə layihələr həyata keçiriləcək.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova laboratoriyanın fəaliyyətinə uğurlar arzulayıb.