Təhsil haqqının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil.
Tələbələrin təqaüdü artırıldı - PREZİDENTDƏN SƏRƏNCAM - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, təhsil haqqı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.
Nicat Məmmədli əlavə edib ki, ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib. Magistratura səviyyəsində ixtisaslar tamamilə yenilənib. Yeni tədris ili üçün əmək bazarının tələblərinə uyğun şəkildə, işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda davam edir: "Beləliklə, artıq yenilənmiş təsnifata uyğun ixtisasları görməkdəyik. Bakalavriat səviyyəsində də bir neçə yeni ixtisas müəyyən olunub. Dünya və ölkəmiz inkişaf etdikcə, iqtisadiyyat genişləndikcə, əmək bazarının tələbləri də dəyişir. Bu da öz növbəsində yeni ixtisasların ali təhsil müəssisələrinin proqramına daxil edilməsini zəruri edir”.
O, SABAH proqramı və tələbə təqaüdlərindən də danışıb.