Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov tədris ilinin başlanması ilə əlaqədar yayılan məlumatlarla bağlı media nümayəndələrinə müraciət edib.
Eləcə də bax: ÜST Azərbaycanda məktəbləri açmağı - Tövsiyə Edib
FED.az xəbər verir ki, müraciətdə deyilir:
“Yeni tədrsi ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.
Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.
***
Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb.
FED.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov açıqlama verib.
Sözçü bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur:
"Yəni mənim o xəbərdən xəbərim yoxdur. Məlumatlı deyiləm".
Qeyd edək ki, koronavirus səbəbindən 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdu. Həmin tarixdən bütün ali məktəblər distant formada tədrisi davam etdirib. Sonuncu brifinqdə dövlət rəsmiləri tərəfindən tədris ilinin ənənəvi bərpası ilə bağlı anons verilib. Tədris ilinin başlamasına iki həftədən az müddət qalır. (Report)